Prezident şəhid ailələri ilə bağlı fərman imzalayıb


Şəhid olmuş daxili işlər orqanları əməkdaşlarının varislərinə birdəfəlik ödəmə veriləcək. Bununla bağlı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli dərmanında dəyişiklik edilməsi barədə ölkə prezidenti fərman imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bu fərmanla “hərbi qulluqçuların” sözlərindən sonra “və daxili işlər orqanları əməkdaşlarının” sözləri əlavə edilib.

Beləliklə, fərmanın əhatə dairəsi genişləndirlib.

Fərmanla Daxili İşlər Nazirliyinə tapşırılır ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

DİGƏR XƏBƏRLƏR

Top