Banklarda şöbələrinin sayı azlıb, işçilərin sayı artıb


Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanın bank sektorunda 17 min 452 nəfər çalışıb. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, bank sektorunda çalışan işçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 7,9% və ya 1281 nəfər artıb.
Qeyd edək ki, ötən ilin əvvəlində bank sektorunda işləyən işçlərin sayı 16 min 171 nəfər olub.
Onu da bildirək ki, son bir ildə bank işçilərinin sayı artsa da, bankların şöbələrinin sayı 142-dan 130-a düşüb. Eyni zamanda bank filiallarının saynda da azalma olub. Bir il əvvəl ölkədə 509 bank filialı olduğu halda bu ilin əvvəlində bu göstərici 508-ə olub.
 
 

DİGƏR XƏBƏRLƏR

Top