Ərdoğan: Qaçqınlara 35 milyard dollar xərcləmişik


BMT-nin hesablamalarına görə Türkiyə indiyədək 4 milyonu suriyalı olmaqla bütün qaçqınlara 35 milyard dollar vəsait ayırıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Avropa İttifaqı Türkiyəyə qaçqınlarla bağlı maliyyə yardımı göstərilməsi üçün verdiyi vədi yerinə yetirməyib: “BMT simvolik rəqəmlərlə töhfə verir. Suriyadakı müharibədən qaçan və Avropaya sığınan 10 mindən çox uşağın harada, kimin əlində olduğu, aqibətlərinin necə olduğu bilinmir. Qərbdə vəziyyət belə olduğu halda 650 min suriyalı uşağın Türkiyədə təhsil almasını təmin etdik. Vətəndaşlarımız hansı tibbi imkanlardan yararlanırsa, qaçqınlar da eyni xidmətlərdən faydalanırlar. Bu gün Türkiyə dünyanın ən çox yardım edən ölkəsidir”.

DİGƏR XƏBƏRLƏR

Top