Şamaxı sakini yeni soba düzəldib - Otağı sutka ərzində 20 qəpiyə qızdırır - VİDEO


Şamaxının Dəmirçi kənd sakini Rəşad Şeydayev yaratdığı soba ilə diqqət mərkəzindədir. 

Atasının qaynaqçı sənətini davam etdirən usta yanacağa qənaət edən soba hazırlayıb. 

Onun hazırladığı sobanı digər sobalardan fərqləndirən bir çox özəlliklər var. Onlardan ən önəmlisi isə sobanın 80 faiz yanacağa qənaət etməsidir. Soba həm odunla, həm də mavi yanacaqla qızdırılır. 

Usta hazırladığı sobanın tam təhlükəsiz olduğuna zəmanət verir. Soba qısa zaman kəsiyində evin bütün otaqlarını eyni dərəcədə qızdırır. Sobanın kənarlarına yerləşdirilən xüsusi detallar onun qaz və odun sərfiyyatını ciddi şəkildə azaldır. 

Sobanın üstündə isə müxtəlif yeməklər bişirmək mümkündür. Evə daxil olan təzyiqli soyuq su sobaya yerləşdirilmiş borudan keçərək isidilir və evə bərabər qaydada paylanılır. Bu zaman mətbəxdə istifadə edilən soyuq su da isidilmiş olur.

Usta bu vaxta qədər 100-dən çox soba hazırlayıb. Üç günə hazırlanan soba 250-350 manatdan alıcılara təklif olunur.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top