İsrail mətbuatı: Azərbaycana satılan "kamikadze dron"ların lisenziyası dayandırılıb


İsrail Müdafiə Nazirliyi "Aeronautics Ltd." şirkətinin rəhbərliyində təmsil olunan 3 şəxsə verilən ixrac lisenziyasını dayandırıb. Yeniavaz.com "timesofisrael.com" saytına istinadən bildirir ki, bu barədə Tel-Əviv Fond Birjasına məlumat verilib. İxrac lisenziyası dayandırılan şəxslərin xaricə məhsul satmaları mümkün olmayacaq.
Məlumatda qeyd olunur ki, "Aeronautics Ltd." şirkətinin baş direktoru Amos Matanın, onun müavini Meir Rizmoviçin və adı çəkilməyən 3-cü bir şəxsin ixrac lisenziyası dayandırılıb. Lisenziyanın ləğvinə səbəb kimi, bu şəxlərin Azərbaycana satdıqları "kamikadze dron"lardan hücum məqsədilə istifadə olunması göstərilir. Saytın yazdığına görə müdafiə məqsədilə istifadə olunacağı bildirilən "kamikadze dron"lardan Azərbaycan ordusu Ermənistan ordusuna hücum təşkil edib.
Bu istiqamətdə araşdırmaların 2017-ci ilin sentyabr ayından başladığı qeyd olunur. Ötən ilin avqust ayında eyni səbəbdən "Orbiter 1K" dronlarının ixracı ilə bağlı lisenziyanın ləğv olunduğu qeyd olunub. İddia olunur ki, Azərbaycan tərəfi dron aldığı zaman onların sınağını israilli mütəxəssislərin iştirakı ilə Ermənistan ordusu üzərində reallaşdırıb.  
 

DİGƏR XƏBƏRLƏR

Top