
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “Yaquar” qırıcı təyyarə ölkənin şimalındakı Kuşinaqar şəhəri ərazisində qəzaya uğrayıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, təyyarə təlim uçuşu həyata keçirirdi. Pilot sağ-salamat katapult edə bilib. Xüsusi yaradılmış komissiya insidentin araşdırmasını həyata keçirir. İlkin məlumata görə, qəza nəticəsində heç kəs ölməyib və xəsarət almayıb.