
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, hərbçilər qruplar şəklində hərbi bazalara yerləşiblər. Onlar təxliyyə prosesinə yardım etməlidirlər. Əgər ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayarsa, sözügedən bazalar əsas təxliyyə mərkəzləri qismində istifadə olunacaq. Rümeylan və Təl Beyderdəki bazalar isə ağır texnikanın hava yolu ilə təxliyyəsi üçün istifadə ediləcək.