Rusiyanin paytaxtı Moskvanın Odintsovo şəhərində yaşayan, anası rus, atası türk olan gənc qız, buzlu suda 1 saat qalaraq dünya rekordu qırıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Osman Dəlibaş adlı 26 yaşlı qız buzlu suyun içində 1 saat 4 saniyə qalaraq qadınlar arsında dünya rekordu qırıb. 13 il bundan qabaq buzlu suda üzmə idmanı ilə məşğul olmağa başlayan Dəlibaş bu sahədə Rusiyanın ən uğurlu qadını olmağı bacarıb. Osman Dəlibaş həmçinin Rusiyada bir sıra qabaqcıl müsabiqələrdə də iştirak edib.