İndoneziyada ilin əvvəlindən bu xəstəliyə görə 100 nəfər ölüb


İndoneziyada ilin əvvəlindən denqe qızdırmasının tüğyan etməsi səbəbindən 100-dən çox adam ölüb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, xəstəliyə ən çox tutulma halı Şərqi Yava vilayətində qeydə alınıb. Ölkə Səhiyyə Nazirliyinin məlumatına əsasən, yanvarda 9,6 mindən çox xəstəliyə tutulma halı qeydə alınıb.Ayrı-ayrı vilayətlərdə xəstəliyə tutulanların sayında artım ötən illə müqayisədə təqribən 40% təşkil edib. 2017-ci ildə İndoneziyada təxminən 68,4 min nəfər denqe xəstəliyinə tutulub, onlardan 493 nəfəri ölüb.

DİGƏR XƏBƏRLƏR

Top