Azərbaycanın sürücülük vəsiqələri xaricdə tanına bilər


Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilir.

Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top