Deputatın oğlunun cənazəsi İsveçrədən Azərbaycana gətirilib


Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib. E.Qasımov Bakının Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun ailə üzvləri, deputatlar iştirak edib. Bir neçə gün öncə, E.Qasımov İsveçrədə kanata minib, bu zaman onun qan təzyiqi qalxıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, E.Qasımov dünyasını dəyişib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top