Bakı-Gəncə-Bakı istiqamətində sürət qatarında nə qədər sərnişin daşınıb?


Bakı-Gəncə-Bakı istiqamətində sürətli sərnişin qatarı fəaliyyətə başlayandan hər iki istiqamət üzrə daşınan sərnişinlərin sayı açıqlanıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, yanvarın 25-dək hər iki istiqaətdə 1100 bilet satılıb. Qeyd edək ki, Bakı-Gəncə-Bakı sərnişin qatarı dekabrın 29-da fəaliyyətə başlayıb. Qatar hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşür. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır. Qatarda standart yer üçün biletlərin qiyməti 15 manat, biznes klasda 50 manat, birinci klasda 100 manatdır. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top