Qonşu ölkədə hava şəraitinə görə aviareyslər təxirə salındı


Moskva aeroportlarında 20 – dən çox reys gecikib və təxirə salınıb. Bu haqda “Yandex Raspisaniye” servisi məlumat verib. Moskva vaxtı ilə saat 7:30 olan informasiyaya görə, bazar günü “Vnukovo” da üç reys gecikib və ikisi təxirə salınıb, “Domodedovo” da dörd reys gecikib, doqquzu isə təxirə salınıb,”Şeremetyevo” da isə doqquzu gecikib və 17 reys təxirə salınıb. Sinoptiklərin verdiyi məlumata görə bu gün Moskvada güclü qar yağacaq. (Oxu.Az)

DİGƏR XƏBƏRLƏR

Top