Zaqatalada 38 yaşlı qadın intihara cəhd edib. Hadisə rayonun Lahıc kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Gülşən Muxtar qızı Balabəyeva yaşadığı ünvanda ailə münaqişəsi zəmnində intihar etmək məqsədi ilə bir-neçə dərman qəbul edib. G. Balabəyeva yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan bildirilib ki, həkim müdaxiləsindən sonra G. Balabəyevanın vəziyyəti stabilləşib, müalicəsi Reanimasiya şöbəsində aparılır (“Report”)