Kür çayında suyun səviyyəsində artım müşahidə olunub


Çaylarda suyun səviyyəsi dəyişib. Yeniavaz.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-100 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, yanvarın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 106 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 54,0 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 63 m3/s təşkil edərək ongünlük normanın 94 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, yanvarın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Surra və Salyan məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 427 sm (2018-ci il yanvarın 25-də 374 sm), Şirvanda 307 sm (2018-ci il yanvarın 25-də 241 sm), Salyanda 275 (2018-ci il yanvarın 25-də 201 sm), Bankədə 239 sm (2018-ci il yanvarın 25-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2018-ci il yanvarın 25-də 110 sm) təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top