Venesuelanın ABŞ-dakı hərbi attaşesi: "Nikolas Maduronu Venesuela prezidenti qismində tanımıram"


Venesuelanın Vaşinqtondakı səfirliyinin hərbi attaşesi Xose Luis Silva Nikolas Maduro ilə "əlaqələrin pozulduğunu" bildirib və ölkənin silahlı qüvvələrinin digər üzvlərini Xuan Quaidonu qanuni prezident kimi tanımağa çağırıb. Bu barədə "el Nuevo Herald" nəşri məlumat yayıb. "Mən, ABŞ-da hərbi attaşe olaraq Nikolas Maduronu Venesuela prezidenti qismində tanımıram", - deyə nəşr Silvanın sözlərini sitat gətirib. (“Report”)

DİGƏR XƏBƏRLƏR

Top