İcazəsiz ov edənlər saxlanıldı


Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb. DİN-nin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Zülfəli Abbasov və Habil Cəfərov saxlanılaraq şöbəyə gətirilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli ov tüfəngləri, 3 ədəd patron və 8 ədəd çöl quşu götürülüb. Z. Abbasov və H. Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilib.

DİGƏR XƏBƏRLƏR

Top