Hisə verilmiş balıq alarkən ehtiyatlı olun - VİDEO


Bakıda antisanitar şəraitdə balıqları hisə verən şəxs saxlanılıb. Məlum olub ki, o, hisə verilmiş balıqları gigiyenik qaydalara əməl etmədən və Qida Təhlükəsizliyi Agentliyindən heç bir rəsmi sənədi olmadan hazırlayırmış. Bu məsələ bir daha antisanitar şəraitdə hisə verilmiş balıqların yaratdığı riskləri gündəmə gətirir.

Paytaxt bazarlarında belə balıqlar açıq şəkildə və üzərində istehsalçısı haqqında heç bir məlumat olmadan satılır. Balıqlarla yanaşı, saçaqlı pendirlərin də eyni qaydada satışı həyata keçirilir.

Qida təhlükəsizliyi üzrə ekspert Elmar Cəmilov deyir ki, antisanitar vəziyyətdə hazırlanan belə məhsullar insan həyatı üçün çox təhlükəlidir.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, satış məqsədilə qanunsuz qida hazırlanması ilə məşğul olan şəxslərə qarşı Agentlik tərəfindən aidiyyəti orqanlarla birlikdə qanunvericiliyin tələblərinə uyğun addımlar atılır. Qurum həmçinin istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmağı tövsiyyə edir. Bildirir ki, alıcıların belə məhsullarla bağlı hər hansı şübhələri olsa, Agentliyin 1003 qaynar xəttinə müraciət edə bilərlər.(XəzərTv)

DİGƏR XƏBƏRLƏR

Top