Rəşid Mahmudov: "Bunlar düzələnə oxşamır, ürəyim partlayır"


Son zamanlar ifaçı Afət Fərmanqızının Nəsiminin “Sığmazam” qəzələni hind mahnısı üzərində ifa etməsi qınaq obyektinə tuş əlib. Müğənni iddia edib ki, guya Nəsimi yuxuda ona deyib ki, “Dur oxu, ey Afət”. Müğənninin bu uydurması da insanların gülüş hədəfinə çevrilib. Məsələ ilə bağlı tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov baş verənləri sərt qınayıb: 

“Bu ilin ölkə başçısı tərəfindən “Nəsimi ili” elan edilməsi təqdirəlayiqdir. “Nəsimi bazarı”adının dəyişdirilməsinin mən də bir ziyalı kimi tərəfdarıyam. Bunu Nəsimi rayonunun adından götürüb bu cür adlandırmaq olmaz. Bazar millətiyik deyəndə xətrinizə dəyir, bazardan başqa heç yeri tanımırıq. Biz yanıq kərəmi mahnısına da, muğamata da oynayırıq, şıllaq atmaq canımızda var. İndi də Nəsiminin “Sığmazam” qəzəlinə oynayacaqlar. Bunlar düzələnə oxşamır, ürəyim partlayır.

Sovet hökumətini bəyənmirik, amma Üzeyir bəy Hacıbəyov, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Cavanşir Quliyev, Ələkbər Tağıyev və sair kimi adamlar yetişdirdi. Bunların isə yetişdirdikləri Elza Seyidcahanla, Telli Borçalıdır. Vallah yazıqdı bu millət. Danışdıqca ürəyim ağrıyır”.(moderator.az)

DİGƏR XƏBƏRLƏR

Top