Qaxda silsilə oğurluq edənlər ələ keçdi


Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Elman Səfərov Qaxbaş  kəndindəki  evindən 490 manatlıq dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin rayonun Qaxingiloy kənd sakinləri Eristo Lomaşvili və Zviadi Zurabaşvili olduqları müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər və dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər. Ətraflarında aparılan araşdırmalarla onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, Eristo Lomaşvili və Zviadi Zurabaşvili qabaqcadan əlbir olaraq  ötən ilin sentyabr ayında  rayon sakini H.Məmmədova məxsus evdən 1000 manat dəyərində televizor və digər məişət əşyaları, A.Tağıyevə məxsus mağazadan pul və tütün məmulatları, həmçinin, Zviadi Zurabaşvili qanunsuz olaraq təkbaşına daxil olduğu Qaxingiloy kəndindəki evlərin birindən pul, mobil telefon, fotoaparat və digər əşyalar da oğurlayıb.

Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top