"Qarabağ" "Şaxtyor"a uduzdu


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün son matçını keçirib.

Azərbaycan təmsilçisi Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə üz-üzə gəlib.

Belek qəsəbəsindəki "Gloria Sports Arena"da təşkil olunmuş qarşılaşma "Şaxtyor"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda Donetsk təmsilçisi 1 dəqiqə ərzində 2 qol vurub. Junior Moraes 26-cı, Marlos 27-ci dəqiqədə fərqlənib. Fasilədən sonra isə tərəflər hərəyə 1 dəfə fərqləniblər. 64-cü dəqiqədə Abdullah Zubir fərqi azaltsa da, 76-cı dəqiqədə Mixail Mudrik ukraynalıların 3-cü qoluna imza atıb. 80-ci dəqiqədə "Qarabağ" yenidən fərqi minimuma endirmək imkanı qazanıb. Lakin Riçard Almeyda penalti zərbəsindən sonra topu qapı tirinə vurub.

Qeyd edək ki, daha əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" Çexiya "Bohemians"ını məğlub edib - 3:1 və Polşa "Pyast"ı ilə heç-heçə edib - 1:1. Komandanın Rumıniya "Botoşani"si ilə görüşü isə əlverişsiz hava şəraiti ilə əlaqədar baş tutmayıb.(report)

DİGƏR XƏBƏRLƏR

Top