Ərdoğanın “niyə sənin bığın yoxdur” dediyi namizəd artıq bığ saxlayır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Yasin sənin niyə bığın yoxdur”dediyi bələdiyyə sədri vəzifəsinə namizəd Mehmet Yasin Özlü bığ saxlamağa başlayıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sosial şəbəkə səhifəsində seçki kampaniyası çərçivəsində fotoşəkilləini paylaşan M.Y. Özlünün Türkiyə Prezidenti ilə dialoqundan təxminən 2 həftə sonra bığ saxladığı görüldü.

Xatırladaq ki, R.T.Ərdoğan yanvarın 12-də Kocaelidə yerli seçkilərdə yarışacaq namizədlərini açıqlamışdı. Təqdimat zamanı Türkiyə Prezidentinin Başiskele Bələdiyyəsi üçün namizəd göstərdiyi M. Y. Özlü ilə arasında maraqlı dialoq baş tutmuşdu. R.T. Ərdoğan səhnəyə çıxan M.Y.Özlüyə “Yasin, niyə sənin bığın yoxdur” ifadəsini işlədib. O isə öz növbəsində “saxlayacağam, əfəndim” deyə cavab vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top