Çində dünyanın ən uzun 3D körpüsü düzəldilib


Çinin ən böyük şəhərlərindən biri olan Şanxayda dünyada ilkə imza atılıb. Yeniavaz.com “Habertürk” saytına istinada xəbər verir ki, Pekindəki Sinxua Universiteninin Memarlıq fakultəsinin komandası 3D printeri ilə dünyanın ən uzun beton körpüsünü düzəldib. 26,1 metr uzunluğundakı körpü sadəcə üç ölçülü printerdən istifadə edilərək inşa edilib. Daha çox əhəngdaşından istifadə edilərək hazırlanan 3D körpünün düzəldilməsi 450 saat vaxt aparıb. Ona standart beton körpüyə çəkilən xərclərin üçdə biri qədər maliyyə vəsaiti ayrılıb. Qeyd edək ki, dünyada ilk 3D körpüsü 2017-ci ilin oktyabr ayında Hollandiyada hazırlanıb və uzunluğu 7,92 metr olub.
 

DİGƏR XƏBƏRLƏR

Top