AKP-li deputat: Namizədimizə səs verənlər qiyamət günü bəraət sənədi alacaqlar


Türkiyənin keçmiş milli müdafiə və milli təhsil nazirləri vəzifələrini tutmuş İsmət Yılmaz üzvü olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Sivas bələdiyyə sədrliyinə namizədinə səs istəyərkən istifadə etdiyi sözlər sosial şəbəkələrdə tənqid olunub.

Yeniavaz.com “Sputnik Türkiyə” saytına istinadla xəbər verir ki, AKP-nin Sivas üzrə millət vəkili İ.Yılmaz partiyanın namizədi Hilmi Bilginə dəstək vermələrini gözlədiklərini qeyd edib. O bildirib: “Hilmi Bilginə verəcəyiniz dəstək məhşərdə (qiyamət günü) bəraət sənədlərinizdən (xilas) biri olacaq deyə düşünürəm”.

DİGƏR XƏBƏRLƏR

Top