İngiltərə Bankı Maduroya 1,2 milyard dollarlıq qızılı qaytarmaqdan imtina edib

İngiltərə Bankı (Mərkəzi Bankın funksiyalarını yerinə yetirir) Venesuela Prezidenti Nikolas Maduro hökumətinin ölkənin həmin bankda yerləşən 1,2 milyard dollar məbləğində qızıl külçələri qaytarmaq tələbinə imtina ilə cavab vermək qərarına gəlib.
Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, amerikalı məmurlar, o cümlədən ABŞ-ın dövlət katibi Mayk Pompeo və ölkə Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Maduro rejimini xarici aktivlərindən ayırmaq üçün britaniyalı həmkarlarına lobbiçilik etdikdən sonra bankın nümayəndələri müvafiq qərar qəbul ediblər. Hazırda ABŞ-ın vəzifəli şəxsləri Venesuelanın xarici aktivlərini müxalif Xuan Quaidoya verməyə çalışırlar.Onların fikrincə, bu onun ölkə hökuməti üzərində səmərəli nəzarət etmək şanslarını artıracaq. 1,2 milyard dollarlıq qızıl Venesuela Mərkəzi Bankına məxsus 8 milyard dollarlıq xarici ehtiyatlarının böyük qismini təşkil edir. Qalan aktivlərin böyük hissəsinin yerləşdiyi yerlər məlum deyil. Venesuelanın qızıl ehtiyatlarının bir qismi Türkiyədədir. ABŞ bununla əlaqədar müttəfiqlərinin köməkliyi ilə bu yükün qorunması üçün Ankaranı artıq kanal olmamaq üçün inandırmağa çalışır.

DİGƏR XƏBƏRLƏR

Top