Londonda festivalda Ərdoğanla bağlı anlaşılmazlıq - VİDEO


İngiltərənin paytaxtı Londonda "Canary Wharf Winter Light Exhibition" adlı bir işıq festivalında su platformasına Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edən söz yazılıb.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, 30 saniyə müddətində ardıcıllıqla dəyişən sözlərdən "Erdogan Killing Academics" - “Ərdaoğan elm adamlarını öldürür” ifadəsi ortaya çıxıb.
Festivalı izləyənlər hadisəni mobil telefonlarla lentə alıb sosial şəbəkələrdə yayımlayıblar. Bu da bir çox insan tərəfindən narazılıqlara səbəb olub. Festival təşkilatçıları bunun tamamilə təsadüfən baş verdiyini bildiriblər.
Təşkilatçı qrup hadisədən xəbərsiz olduqlarını, orada yaranan sözlərin kompüter texnologiyası ilə təsadüfən “Times” jurnalıının xəbər portalından seçilən sözlər olduğunu bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top