Helikopterlə təyyarə havada toqquşub - VİDEO


İtaliyanın şimalında Alp dağlarının yaxınlığında təyyarə ilə helikopter toqquşub, 5 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.
Yeniavaz.com Türkiyənin “Sözcü” qəzetinə istinadla xəbər verir ki, İtaliya KİV-ində yayılan məlumata görə toqquşma Valle de Aosta bölgəsində, Alp dağ silsiləsindən Rutorun üstündə baş verib.
Qəzaya şahidlik edən alpinistlərin verdiyi xəbərdə ambulans helikopterlər əraziyə cəlb edilib. Ölən üç nəfərin turist olduğu bildirilib.
Qəzanın səbəbi hələ ki, məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top