Suriyada Rusiya və İran qüvvələri arasında toqquşma: Onlarla ölən var

Suriyada prezident Bəşər Əsədin iki iri müttəfiqi arasında silahlı münaqişə baş verib.

Bu haqda Almaniyanın “Spiegel Online” nəşri 19-da radio rabitəsindən oğurlanmış səs yazıları əsasında məlumat yayıb.

Həmin səs yazılarına əsasən, Suriyanın şimal şərqində yerləşən Həma əyalətinin  strateji əhəmiyyətli Əl-Qab vadisində Rusiyayönümlü döyüşçülərdən ibarət dəstə ilə İranyönümlü bölmələr arasında silahlı toqquşma yaşanıb. Hər iki tərəf zirehli texnika, qumbaraatanlar və iri-çaplı pulemyotlardan istifadə edib.

Rusiyalıyönümlü birləşmələr İranyönümlü birləşmələrdən sayca üstün olub: onlar bir neçə kəndi nəzarətə götürüb və Hvaiz adlı kiçik şəhərə qədər irəliləyiblər. 

Qeyd edilir ki, hazırda bölgədə artıq nisbi sabitlik müşahidə olunur.

Nəşrin məlumatına görə, həm İran, həm də Rusiya Əl-Qab vadisinə nəzarət etməyə çalışır.

Toqquşmada ölən və yaralıların sayı barədə məlumat verilmir. Çünki heç bir tərəf Əsəd müttəfiqləri arasında münaqişənin yaşanması haqqında xəbərin ictimailəşməsini istəmir. 

“Spiegel Online” nəşrinin təxminlərinə görə, toqquşmalarda onlarla, hətta ehtimal var ki, 200-ə qədər döyüşçü ölüb. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top