"Qatır Məmməd" filminin ilk variantı camaatdan gizlədilibmiş - Aktyor illər sonra səbəbini dedi


46 il öncə lentə alınan “Qatır Məmməd” filminin əksər hissələri Yevlax və Mingəçevir ərazisində lentə alınıb. Maraqlı məqam ondan ibartədir ki, filmin ilk variantı ekranlara çıxmayıb,1974-cü ildə rejissoru və əksər aktyor heyyəti təzələnərək yenidən çəkilib.
“Qatır Məmməd” filminin ilk variantında Məmmədxanın oğlu rolunu oynayan respublikanın əməkdar artisti, Mingəçevir Dram Teatrının  keçmiş aktyoru, Akif Mirabov illər öncə çəkilən ekran işini elə film çəklişləri aparılan ərazidə xatırlayıb. O, Yeniavaz.com saytına müsahibəsində deyib: “70-ci illərdən sonra o film barədə nə danışan, nə də yazan olub. Maraqlı film alınmışdı, görkəmli rejissor Hüseyin Seyidzadə Qatır Məmməd rolunda Əlabbas Qədirovu, Əziz rolunda isə Fuad Poladovu çəkmişdi”.
Məmmədxanın oğlu rolunun ifaçısı Mingəçevir Dövlət Dram Teatrının keçmiş aktyoru Akif Mirabov filmin 1974-cü ildə yenidən çəkilməsini, rejissorun ssenaridən kənara çıxması səbəbindən olduğunu deyir. Keçmiş aktyor həmin filmin yenidən nümayiş etdirilməsini məqsədəuyğun hesab edir.
Yevlaxın Gülövşə, Xanabad kəndləri ərazisində həmsöhbət olduğumuz, filmin çəkilşlərini məktəbli dönəmlərində yaxından izləyən Mingəçevir Dram Teatrının  aktyoru Qabil İbrahimli filmin döyüş səhnələrini, müəyyən dialoqlarını bu gün də unutmur.
 Müsahibim 2-ci filmdə səslənən “Azərbaycanda sovet hakimiyyəti quruldu, amma Qatır Məmmədə o günü görmək nəsib olmadı” deyiminin ilk filmdə olmadığını bildirir. Çünki Hüseyin Seyidzadə o fikrin tərəfdarı deyildi.
45 il öncə yeni film çəkilərkən köhnə versiyadakı kütləvi səhnələrin əksəriyyətindən burada istifadə olunub.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top