Azərbaycanda 14 yaşlı uşaq qardaşını ürəyindən bıçaqlayıb öldürdü


Goranboy rayonunda dəhşətli ölüm hadisəsi baş verib.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində, gecə 23 radələrində olub. Evdə olan iki qardaş birlikdə oyun oynayıblar. Oyunun sonu isə mübahisə ilə başa çatıb. 2004-cü il təvəllüdlü X. Məmmədov mətbəx bıçağı ilə qardaşı 2002-ci təvəllüdlü İ Məmmədovun ürəyindən bir bıçaq zərbəsi ilə vuraraq öldürüb. Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top