Tramp ölkədə şatdaunun başa çatdığını elan edib - RƏSMİ


ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında demokratlarla razılaşmanın əldə olunduğunu və şatdaunun başa çatdığını bəyan edib.

Tramp dövlət qurumlarının yenidən işi bərpa edəcəklərini bildirib.

Onun sözlərinə görə, razılaşma 3 həftə üçün nəzərdə tutulub və hökümət 15 fevrala qədər çalışacaq.

Xatırladaq ki, ən uzunmüddətli şatdaun artıq 34 gündür ki, davam edir. 800 minə yaxın dövlət qulluçusu maaşsız qalıb. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top