Putinin etimad reytinqi tarixi minimum səviyyəni yeniləyib

 
Həftə ərzində Rusiya Prezidenti Vladimir Putinin etimad reytinqi 32,8%-dək aşağı düşüb. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu barədə Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin məlumatında deyilir. Bununla belə, rəyi soruşulanların 62%-i dövlət hakimiyyətinin institutu kimi Rusiya dövlət başçısının fəaliyyətini təqdir edir.
 
Mərkəz V. Putinə (2000-2008-ci illərdə, sonra isə 2012-ci ildən prezident postunu tutur, arada isə baş nazir olub) şəxsi etimad dinamikasını öz saytında dərc edir. Orada 2006-cı ilin yanvarından bəri məlumatla var. Lakin 2006-cı ilədək V. Purtinin tarixi minimum reytinqi 45% təşkil edib. Bununla da indiki reytinq rekord səviyyədə aşağıdır. 

DİGƏR XƏBƏRLƏR

Top