Ötən illərdə Ermənistan ordusundan talanmış 2 milyard dramdan artıq vəsaitinin təqribən 700 milyonunu yerinə qaytarmaq mümkün olub.
Bu barədə Ermənistanın baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, 2018-ci ildə prokurorluq 391 araşdırma aparıb və 287 halda (73 faiz) pozuntular qeydə alınıb. Hesablamalara görə, dövlətə 2 milyard 62 milyondan artıq zərər vurulub. (1 dollar 488 dramdır) İndiyədək dəymiş zərərin 679,995 milyonu geri qaytarılıb. Prokurorluq 58 cinayət işi qaldırıb.
Qeyd edək ki, Ermənistanda qeyri-hərbi şəraitdə yaralanan və ölən hərbçilərə yardım üçün ildə təxminən 2 milyard dram gərəkdir. Deməli, mənimsənilən vəsaitin geri qaytarılması ermənilər üçün mühüm məsələdir. (musavat.com)