Gürcüstan bizdən, biz də Türkiyədən daha azad ölkəyik - HESABAT


Dünyanın aparıcı analitik mərkəzlərindən hesab olunan "Heritage Foundation" institutu və "The Wall Street Journal" nəşri tərəfindən hazırlanan ənənəvi illik hesabatda göstərilir ki, Azərbaycan ötən il iqtisadi azadlığın səviyyəsinə görə 180 ölkə arasında 60-cı sırada qərarlaşıb. Yeniavaz.com xəbər verir ki, "İqtisadi Azadlıq İndeksi-2019" adlandırılan bu hesabatda əmlak hüquqları, dövlət xərcləri, vergi, biznes, əmək, valyuta, ticarət, investisiya və maliyyə azadlığı sahələr üzrə ayrı-ayrı ölkələrdə iqtisadi azadlıqların səviyyəsi göstərilib. Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun açıqladığı statistik rəqəmlər əsasında aparılan araşdırmalarda ölkələrin göstəriciləri faizlə ifadə olunub. Hesabatda Azərbaycanın 2017-ci illə müqayisədə 2018-ci ildə mövqeyini 7 pillə yüksəldib. Belə ki, Azərbaycan 2017-ci ildə iqtisadi azadlığın səviyyəsinə görə 180 ölkə arasında 67-ci sırada qərarlaşıb.
2017-ci illə müqayisədə 2018-ci ildə ölkəmizdə iqtisadi azadlığın səviyyəsi 1,1% yüksələrək 65,4%-ə bərabər olub. Məlumat üçün onu da bildirək ki, 80-100% arasında nəticə göstərən ölkələrin iqtisadiyyatı tam azad, 70-79,9% - əsasən azad, 60-69,9% - orta azad, 50-59,9% - əsasən azad olmayan, 1-49,9% isə iqtisadiyyatın təzyiq altında olduğunu göstərir.
İqtisadi azadlığın səviyyəsinə görə Azərbaycan region ölkələr arasında 4-cü sırada yer alır.
Gürcüstan (16-ci yer-75,9%),
Ermənistan (47-ci yer-67,7%)
Qazaxıstan (59-cu yer-65,4%)
iqtisadi azadlığın səviyyəsinə görə Azərbaycandan öndə yer alıblar.
Digər MDB və region ölkələrinə gəldikdə isə onların mövqeyi belə olub:
Türkiyə (68-ci yer-64,6%),
Qırğızıstan (79-cu yer-62,3%),
Moldova (97-ci yer-59,1%),
Rusiya (98-ci yer-58,9%),
Belarus (104-cü yer-57,9%),
Tacikistan (122-ci yer-55,6%),
Özbəkistan (140-cı yer-53,3%),
Ukrayna (147-ci yer-52,3%),
İran (155-ci yer-51,1%)
Türkmənistan (164-cü yer-48,4%).
"Heritage Foundation" və "The Wall Street Journal"ın hazırladığı hesabatda göstərilir ki, 2018-ci ildə Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə ən yaxşı nəticəni korrupsiya ilə bağlı sahədə göstərib -44,7%.
Digər sahələrdə vəziyyət belə olub:
Məhkəmə effektivliyi - 53,1 %
Mülkiyyət hüquqları - 59,1 %
Büdcə xərcləri - 59,5 %
İnvestisiya azadlığı - 60 %
Maliyyə azadlığı - 60 %
Valyuta azadlığı - 63 %
Əmək azadlığı - 63,9 %
Biznes azadlığı - 69,5 %
Ticarət azadlığı - 74,5 %
Vergi yükü - 87,5 %
Maliyyə sağlamlığı - 89,4 %
Siyahının əvvəlində Honkonq, sonunda Şimali Koreya dayanır
"İqtisadi Azadlıq İndeksi - 2019" adlı hesabat görə, dünyanın ən azad iqtisadiyyatına Honkonq və Sinqapur malik olub. Ötən illə müqayisədə vəziyyətini 0,2% yaxşılaşdıran Yeni Zelandiya 3-cü olub. Siyahıda İsveçrə 4-cü, Avstraliya 5-cidir.
Bu sahədə "liderliyk" hər ildə olduğu kimi yenə də Şimali Koreyaya məxsus olub. Reytinq cədvəlinin sonuncu - 180-ci pilləsində qərar tutan bu ölkədə iqtisadi azadlığın səviyyəsi cəmi 5,9% həddində göstərilib. Onu da qeyd edək ki, Şimali Koreyada iqtisadi azadlığın səviyyəsi son bir ildə 0,1% həddində müsbətə doğru dəyişib. Bu ölkədən sonra Venesuela, Kuba və Eriteriya də iqtisadi azadlıqların ən pis təmin olunduğu ölkələr olub.

DİGƏR XƏBƏRLƏR

Top