Rəsulzadənin barelyefi ilə bağlı açıqlama: "İbtidai sinif müəllimləri yazıblar"


Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində yaşadığı evinin qarşısındakı oğurlanan barelyefinin yerinə asılan yeni lövhə narazılığa səbəb olub.

Belə ki, yeni vurulan barelyefdə Azərbaycan Xalq Cümhuriyyəti "Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılıb. Həmçinin Müsavat Partiyası "Milli Müsavat Partiyası”, "Məhəmməd Əmin Rəsulzadə” isə "Məmmədəmin Rəsulzadə” kimi qeyd olunub.

Novxanı kənd 1 №-li tam orta məktəbdən bildirib ki, sözügedən yazını bu məktəbin müəllimləri yazıb.

Bildirilib ki, Novxanı Bələdiyyə sədri Şahin Tağıyev adıçəkilən təhsil müəssiəsinə barelyefin üzərində Məhəmməd Əmin Rəsulzadə barədə məlumat yazmaq üçün müraciət edib. Həmin vaxt orada tarix müəllimləri olmadığı üçün bu yazını informatika və ibtidai sinif müəllimləri yazıblar. Bu cümlələrin yazılmasında isə texniki səhv olub. Çünki həmin vaxt köhnə barelyefin üzərindəki yazıları internetdə dəqiq oxuya bilməyən müəllimlər bu cür yazılmağına qərar veriblər.(unikal.org)

DİGƏR XƏBƏRLƏR

Top