Bankdan yarım milyona yaxın pul oğurlayan şəxsə cəza istənildi



Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. 

Sonra prokuror çıxış edib. O, E.Vəliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin dekabr ayında baş verib.

Belə ki, E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib.

Xatırladaq ki, E.Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top