Rusiyada toyuq əti kəskin bahalaşdı


Yanvarda Rusiyada 1 ton toyuq ətinin orta çəkili topdan satış qiyməti 117,2 min rub təşkil edib, bu da ötən ilin göstəricisini 21,8% üstələyir.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazirlikdən bildiriblər ki, il ərzində məhsulun orta istehlakçı qiyməti 22,4% bahalaşıb və yanvarın 14-də 1 kiloqrama görə 152,71 rubla bərabər olub. Bununla belə, nazirlik ət növlərinin – mal və donuz ətlərinin bahalaşdığını da vurğulayıb. Lakin bu kateqoriyalarda istehlakçı qiymətlər elə də əhəmiyyətli olmayıb (müvafiq olaraq 3,4% və 8%).

DİGƏR XƏBƏRLƏR

Top