Azərbaycanda keysəriyyə əməliyyatlarının sayı sürətlə artır - RƏQƏMLƏR


Azərbaycanda il ərzində 142 min 710 min doğuş olub.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, ümumi doğuşların 73,3%-ni normal doğuşlar, 33,5%-ni isə keysəriyyə əməliyyatı ilə həyata keçirlən doğuşlar tutub.
Onu da qeyd edək ki, əvvəlki illərlə müqayisədə normal doğuşların sayı azalıb, keysəriyyə əməliyyatlarının sayı isə artır. 2016-cı ildə ölkədə 119 min 687 normal doğuş olduğu halda, 2017-ci ildə 104 min 562 normal doğuş həyata keçirlib. Əvəzində isə keysəriyyə əməliyyatlarının sayı 46 min 555-dən 47 min 760-a yüksəlib.
Məlumat üçün onu da bildirək ki, son 13 ildə keysəriyyə əməliyyatlarının sayı 6,4 dəfə artıb. Belə ki, 2005-ci ildə ölkədə 7 min 491 keysəriyyə əməliyyatı həyata keçirlib. Bu göstərici ümumi doğuşların cəmi 5,3%-i səviyyəsində olub.

DİGƏR XƏBƏRLƏR

Top