Amerikada yeni ilan növü tapıldı


Amerikada yeni ilan növü tapılıb. Texas Universitetinin əməkdaşları bu ilan növünə, sirli şam yeməyi mənasına gələn “Cenaspis aenigma” adını veriblər. Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Texas Universitetinin biologiya elmləri üzrə professoru Conatan Kəmpl, “Newsweek” jurnalına verdiyi müsahibəsində yeni kəşf edilən ilan növünün digərlərindən çoxalma anatomiyası və skelet qurluşuna görə kəskin fərqləndiyini bildirib. O bunun, müasir elmdə “qəribə hal” olduğunu qeyd edib. Dünyada mindən çox ilan növü olduğunu və bunların əksəriyyətinin son bir əsrdə kəşf edildiyini bildirən professor bu ilan növünün öz sinfinə daxil olanlarla bir çox eyniliklər daşıdığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top