Asiya Kuboku: İran Çini darmadağın edərək yarımfinala çıxıb - VİDEO


Əbu-Dabinin (BƏƏ) "Məhəmməd Bin Zayed" stadionunda İran və Çin milli komandaları arasında futbol üzrə Asiya Kubokunun ¼ final oyunu keçirilib.

Görüş İran futbolçularının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İran yığması bu qələbə sayəsində turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qonşu ölkə komandası bu mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq. Çin yığması turniri tərk edib.

İran-Yaponiya oyunu yanvarın 28-də keçiriləcək. Görüş Bakı vaxtı ilə 18:00-da başlanacaq.

Asiya Kuboku. 1/4 final

Çin – İran - 0:3

Qollar: 0:1 – Taremi – 18, 0:2 – Azmun – 31, 0:3 – Ansarifard – 90+1 (Report)

DİGƏR XƏBƏRLƏR

Top