Moskvadan Bakıya yeni avtobus reysləri açılır


"Mosqortrans" dövlət unitar müəssisəsi 2019-cu ildə Moskvadan Bakıya avtobus reysi açmaq niyyətindədir. 

"Avtostansiya sərnişinləri üçün marşrut coğrafiyası daima genişlənir. 2019-cu ildə Bakıya reyslərin işə düşməsi planlaşdırılır" - deyə məlumatda bildirilir.

Azərbaycana avtobus reysinin konkret işə düşmə vaxtı açıqlanmır.

"Mosqortrans" dövlət unitar müəssisəsi mərkəzi Moskvada olan və yerüstü şəhər sərnişin transportu üzrə Avropanın ən böyük operatorudur. (Sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top