BMT Təhlükəsizlik Şurası Venesueladakı vəziyyətlə bağlı iclas keçirəcək.
Yeniavaz.com RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə təşkilatın Cənubi Afrika Respublikasındakı (CAR) daimi nümayəndəsi Cerri Mettyus Matyila bəyan edib: "Təhlükəsizlik Şurası şənbə günü Venesuela problemi ətrafında müzakirə aparmaq üçün bir araya gələcək"
Xatırladaq ki, Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
ABŞ Prezidenti Donald Tramp və bir çox Qərb dövlətləri Xuan Quaydonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.