Daha bir jurnalistə dövlət orqanında vəzifə verildi


Tanınmış jurnalist  Səfurə Çərkəzqızı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr şektorunun müdiri  təyin edilib.  
Məlumatı xəbəri nazirlik rəsmisi Fazil Talıblı da təsdiq edib. 
Qeyd edək ki, Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. "P.S. Gənclik”, "7 Gün”, "Rezonans”, "Həftə içi” qəzetlərində, "Lider”, ARB televiziyalarında çalışıb.
Nazirlikdəki təyinatdan öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi işləyib. O, jurnalistika ilə yanaşı bədii yaradıcılıqla da məşğuldu.  "And olsun atlara!” və "Sevdalılar” adlı kitabların müəllifidir. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzvüdür. (Qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top