Bakıda məşhur parkda ağacları görün nə hala salıblar - FOTOLAR


Paytaxtın Nərimanov rayonunda yerləşən Atatürk parkında ağacların kəsildiyi iddia olunur.
Yeniavaz.com saytı xəbər verir ki, Demokrat.az saytında yayılan məlumata görə, parkda mövcud olan onlarla ağac "budanma" adı ilə bərbad hala salınıb, ətrafdakı bir çox ağacların isə qol-budağı kəsilərək lüt hala salınıb.
Parka yaxın ərazidə yaşayan sakinlər deyir ki, parkın iaşə obyektləri planlaşdırılan yerlərindəki ağaclar gecə saatlarında sakitcə aradan götürülüb.
"Gündüz vaxtları isə gördüyünüz hündür ağacların qol-budağını kəsirlər. Parkda harada obyektlər salınacaqsa, həmin yerlər şumlanıb. Əvvəllər orada ağaclar olub. Bu yaxınlarda həmin ağacları gecə ilə kökündən çıxarıb aparıblar", - deyə sakinlər iddia edib.


DİGƏR XƏBƏRLƏR

Top