Bakı küçələrində "protiv" sürən AA seriyalı avtomobil kimindir? - VİDEO


Yanvarın 22-də Azadlıq prospektində hərəkətdə olan 10-AA-947 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü 1.3- qoşa xəttin tələbini pozub əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. Yeniavaz.com saytı avtosfer.az-a istinadən xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

Digər sürücülər işıqforda gözlədiyi halda sözügedən avtomobil əks yola çıxaraq hərəkətini davam etdirib.

Qeyd edək ki, avtomobilin Mərkəzi Seçki Komissiyasına məxsus olduğu bildirilir. Ötən ilin may ayının 18-də də eyni yerdə sözügedən avtomobilin sürücüsü qarşı yola çıxaraq hərəkətdə olub. 

Videonu yayan şəxs DYP rəhbərliyinə rəsmi qaydada sürücüdən şikayət edib. 

 

DİGƏR XƏBƏRLƏR

Top