Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 26 yanvar mitinqinə icazə vermədi - RƏSMİ


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.
Yeniavaz.com saytı xəbər verir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli "Report"a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
"Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək, mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktunu müzakirə edərək, müvafiq qərar verəcək" - deyə, R.Əhmədli bildirib.

Müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməməsinin səbəbi də açıqlanıb.

Buna səbəb Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun müxalifətə mitinq keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırması olub.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, M.Qafarovun müraciəti bir neçə gün öncə şəhər icra hakimiyyətinə daxil olub. Qeyd olunub ki, müraciətə baxılıb və nəzərə alınıb.

Xatırladaq ki, müxalifətin sonuncu mitinqi yanvarın 19-da keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top