Bakıda itkin düşən şəxs Qubada tapıldı


Yanvarın 19-da Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub. Onun həmin gün saat 20 radələrində "Renault" markalı avtomobili ilə getdiyi bildirilib.

DİN-dən Yeniavaz.com-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsi və  27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev "Renault" markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top