Azərbaycanda ən çox və ən az istifadə olunan avtomobil markaları - CƏDVƏL


Azərbaycanda insanlar ən çox VAZ markalı minik avtomobillərindən istifadə edirlər. Yeniavaz.com açıqlanan sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ölkədə 400 min 955 VAZ markalı avtomobil qeydiyyatdadır. Son bir ildə qeydiyyatda olan VAZ markalı avtomobillərin sayı 5 min 571 ədəd azalıb. Azalma ən çox "VAZ-2121" markalı avtomobillərin sayında qeydə alınıb - 4 min 81 ədəd. Bundan başqa "VAZ-2105" və "VAZ-2107" markalı avtomobillərin sayı 999 ədəd, "VAZ-2101"lərin sayı isə 561 ədəd azalıb. "VAZ-2108" və "VAZ-2109"ların sayında isə cüzi (38 ədəd) artım olub.
VAZ-lardan sonra ən çox istifadə olunan avtomobil markası "Mersedes" hesab olunur. Azərbaycanda 195 min 368 ədəd "Mersedes"in olduğu bildirilir. Son bir ildə "Mersedes"lərin sayı 2 min 2 ədəd artıb.
 Çox istifadə olunan minik avtomobillərin sırasında növbət yerlərdə 62 min 511 ədədlə "Hyundai", 48 min 442 ədədlə "Toyota", 43 min 3 ədəd "Opel", 32 min 824 ədədlə "Nissan", 32 min 4 ədədlə KİA qərarlaşıb.
Ən az istifadə olunan avtomobil isə "Tatra" markalı avtomobil olub. Bu ilin əvvəlinə olan sonuncu məlumatda qeyd olunur ki, ölkədə cəmi bir 1 ədəd "Tatra" markalı avtomobil var. Bundan başqa ölkədə 2 ədəd "Chrysler", 16 ədəd "Oldsmobil", 23 ədəd "Talbot", 22 ədəd "Asiya", 28 ədəd "Datsun", 59 ədəd "Saab", 84 ədəd "Buick" avtomobilinin olduğu bildirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top