
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha dörd kredit ittifaqının lisenziyası ləğv olunub. Beləliklə, Palatanın reyestrinə daxil olan kredit ittifaqlarının sayı 61-dən 57-yə düşüb.
Ləğv edilən kredit ittifaqları Şəki şəhərindəki “Küngüt”, Gədəbəy rayonundakı “Qoşabulaq”, Füzuli rayonundakı “S.A.F.” və Qəbələ rayonundakı “Vəndam” kredit ittifaqlarıdır.
Palata “Birkart” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verdiyindən BOKT-ların sayı 46 olub.(oxu.az)