Rza Zərrab 63 yaşlı kişiyə təcavüz etməkdə ittiham olunur


Nyu-York-un Cənubi Regional Federal Məhkəməsində işinə baxılan Rza Zərraba qarşı açılmış cinsi təcavüz ittihamı üzrə məhkəmə prosesi davam edir. Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, Metropolitan Həbsxanasında eyni kamerada qaldığı Faozi Yaberə qarşı cinsi təcavüz və təcavüz etməkdə ittiham olunur. R. Zərrabın vəkili Robert Anello ittihamların əsassız olduğunu qeyd edib. F. Yaber iddia edib ki, R.Zərrab ona qarşı dəfələrlə cinsi təcavüz etmək cəhdi edib və iki dəfə təcavüz edib. 63 yaşlı Fildişi sahilli F. Yaber kamera otağının onun üçün işgəncə otağına çevrildiyini bildirib. Ağır xərçəng xəstəsi olduğunu qeyd edən iddiaçı: “Yaşadıqlarım peşəmə, etibarıma və karyerama zərər verdi, zehni baxımdan zərər gördüm” deyib. O, bütün iqtisadi itkilərin qarşılanmasını, eləcə də bu məhkəmə işindəki vəkillərin maaşlarının da ödənilməsini tələb edib. R. Zərrab ən geci fevralın 13-də ittihamlarla bağlı müdafiəsini təqdim edəcək.

DİGƏR XƏBƏRLƏR

Top